DİQQƏT! Dünyanı bürüyən xəstəlik sürətlə yayılır

12:16 - 21 Noyabr 2025

DİQQƏT! Dünyanı bürüyən xəstəlik sürətlə yayılır

KOAH (Xronik Obstruktiv Ağciyər Xəstəliyi) bütün dünyada milyonlarla insanın həyatını mənfi yöndə təsir etməyə davam edir. KOAH xəstələrinin təxminən 80%-də siqaret çəkmə müşahidə edilir, eyni zamanda qeyri-kafi bəslənmə, daxili və xarici mühit hava çirkliliyi də bu xəstəliyin başlıca səbəbləri arasındadır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, KOAH-ın səbəb olduğu xəstəliklər və ölüm hallarının statistikası isə qarşılaşılan ictimai sağlamlıq problematikasını açıq şəkildə göstərir.

Dünyada hər il təxminən 3 milyon insanın ölümünə səbəb olan KOAH, xüsusən siqaret istifadəsinin geniş yayıldığı ölkələrdə ən böyük ictimai sağlamlıq problemlərindən biridir. KOAH, dünyada 40 yaşdan yuxarı yetkinlərdə təxminən 10%-də müşahidə edilir. Bu göstərici coğrafi bölgələrə və risk amillərinə görə dəyişə bilər. Lakin, xəstələrin 85%-nin hələ diaqnoz almamış olması diqqət çəkicidir. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az