"Bez Bebek" serialındakı "Yağmur" obrazı ilə tanınan Asena Keskinci'nin illər sonra ortaya atdığı iddialar geniş şəkildə müzakirə olunmağa başlanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, serialdakı rol yoldaşı Evrim Akın'ın ona fiziki və psixoloji zorakılıq tətbiq etdiyi iddiaları ilə gündəmi sarsıdan Keskinci'ye, "İşte Benim Stilim" yarışması ilə tanınan Aleyna Eroğlu dəstək verdi. Anasının serialın çəkilişlərində makyaj ustası olaraq çalışdığını və bu hadisələrə şahid olduğunu bildirən Eroğlu, "Asena'nın dediyi hər şey tamamilə doğrudur. Hər şeyə şahidəm. Gecikdin, amma yaxşı ki, söylədin" - deyib.
Bir zamanlar ekranların sevilən layihələrindən olan "Bez Bebek" serialında canlandırdığı "Yağmur" obrazı ilə tanınan Asena Keskinci'nin, illər sonra ortaya atdığı iddialar geniş əks-səda doğurdu. Keskinci, serialda rol aldığı Evrim Akın'ın ona fiziki və psixoloji zorakılıq tətbiq etdiyini irəli sürmüşdü. Bu iddialar qarşısında susan Akın'a bir etiraf da "İşte Benim Stilim" adlı moda yarışması ilə tanınan Aleyna Eroğlu'ndan gəldi. Eroğlu, anasının "Bez Bebek" setində makyaj ustası olaraq çalışdığını və baş verən hər şeyə şahid olduğunu vurğuladı: "Asena'nın dediklərinin hər biri doğru və həqiqidir. Hər şeyə şahid oldum. Gecikdin, amma yaxşı ki, açıqlama verdin".