logo
logo logo
logo

Zaporojye vilayətinə zərbə nəticəsində 18 nəfər öldü

21:53 - 02 Noyabr 2026

Zaporojye vilayətinə zərbə nəticəsində 18 nəfər öldü

Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə zərbə endirib, nəticədə 18 nəfər ölüb.


Manset.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Teleqram kanalında dərc olunmuş məlumatında bildirilib.

"Bu səhər qəsəbəyə artıq bir neçə aviasiya bombası ilə zərbə endirilib. Zərbələrdən biri insanlara humanitar yardımın paylandığı məktəbə düşüb. İlk zərbədən sonra daha doqquz bomba ilə təkrar hücum edilib və məhz insanların olduğu sığınacağa. Hazırda, təəssüf ki, 18 nəfərin həlak olduğu, beş nəfərin yaralandığı məlumdur", - Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə zərbəni şərh edib.

Onun sözlərinə görə, bombardman yerlərində axtarış-xilasetmə əməliyyatı davam edir. İşlərə hərbçilər, xilasedicilər, xüsusi xidmət qüvvələri cəlb olunub.

Ukrayna lideri vurğulayıb ki, bu cür addımlar Moskvanın münaqişənin deeskalasiyası yolu ilə getmək istəmədiyindən xəbər verir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az