Dünyanın ən təhlükəsiz cihazları sırasında göstərilən iPhone və Mac kompüterlərində 35 təhlükəsizlik boşluğu aşkar edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, süni intellektin köməyi ilə üzə çıxarılan bəzi boşluqların zərərli internet saytları vasitəsilə cihazlara uzaqdan nəzarəti ələ keçirməyə imkan verə biləcəyi bildirilir. Firefox brauzerində 81 təhlükəsizlik boşluğunun aşkarlanması, Linux sistemləri üçün isə 948 hücum üsulunun hazırlanması da diqqət çəkib. Bu kiber təhlükələr milyonlarla istifadəçinin şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Dünyanın ən təhlükəsiz cihazları arasında hesab edilən iPhone və Mac kompüterlərində ümumilikdə 35 təhlükəsizlik boşluğu müəyyən edilib.
OpenAI şirkətinin yeni süni intellekt modeli vasitəsilə aşkarlanan bəzi boşluqların zərərli internet saytları üzərindən cihazların idarə edilməsinin ələ keçirilməsinə səbəb ola biləcəyi qeyd olunur.
Firefox brauzerində aşkar edilən 81 təhlükəsizlik boşluğu və Linux əməliyyat sistemləri üçün hazırlanmış 948 hücum üsulu da xüsusi diqqət çəkir.
ABŞ-də banklardan tutmuş aviaşirkətlərədək müxtəlif sahələrdə baş verən texnoloji nasazlıqlar narahatlıqları daha da artırıb. Oxşar təhlükələrin Türkiyədəki istifadəçilərə necə təsir göstərə biləcəyi və şəxsi məlumatların nə dərəcədə qorunduğu isə müzakirə mövzusuna çevrilib.