İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin neft ixracını davam etdirməsi üçün ABŞ ordusunun tətbiq etdiyi dəniz blokadasının yarılmasının vacib olduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Xarici işlər naziri Tehranda keçirilən sərgidə jurnalistlərə açıqlamasında ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasını şərh edib.
İranın neft tankerləri vasitəsilə ABŞ-nin dəniz blokadasını yarmağa hazırlaşdığı barədə xəbərlərlə bağlı suala cavab verən Əraqçi deyib:
“Biz neft ixracı və danışıqlar məsələsində bütün səylərimizi göstəririk. ABŞ-ın dəniz blokadası yarılmalıdır”.