Bu gün İranda yerli vaxtla saat 18:50-də Qəşm şəhərinin yaxınlığına raket düşüb.
Manset.az Tasnim-ə istinadən xəbər verir ki, İran tərəfinin iddiasına görə, raket ABŞ-İsrail qüvvələri tərəfindən atılıb və şəhərin kənarındakı əraziyə düşüb.
Hadisə nəticəsində dəymiş mümkün zərərin miqyası və digər təfərrüatlar barədə məlumat verilməyib.