Taylandın paytaxtı Banqkokda yerləşən neft emalı zavodunda partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində 4-ü ağır olmaqla, 7 nəfər xəsarət alıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı yanğınsöndürmə və fövqəladə hallar qrupları cəlb edilib.