logo
logo logo
logo

Övladını məktəbdən götürən qadın əri tərəfindən güllələndi - Türkiyədə dəhşətli qətl

16:33 - 26 Noyabr 2026

Övladını məktəbdən götürən qadın əri tərəfindən güllələndi - Türkiyədə dəhşətli qətl

Türkiyənin Bursa vilayətində qan donduran hadisə baş verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, olay vilayətin Gürsu rayonunun İstiqlal məhəlləsində, Fatih küçəsində yerləşən Atatürk İbtidai Məktəbinin qarşısında qeydə alınıb.

Məlumata görə, saat 12:30 radələrində 34 yaşlı Filiz Yeşilyurt övladını məktəbdən götürmək üçün təhsil müəssisəsinin qarşısına gəlib. Bu zaman boşanma ərəfəsində olduğu 40 yaşlı həyat yoldaşı Taksim Yeşilyurt ona yaxınlaşıb. Cütlük arasında başlayan sözlü mübahisə qısa müddətdə qanlı insidentə çevrilib.

Belə ki, qəzəbinə hakim ola bilməyən T.Yeşilyurt üzərində gəzdirdiyi odlu silahdan atəş açaraq arvadını qulaq və çiyin nahiyəsindən ağır yaralayıb. Qan içində yerə yıxılan qadını hadisə yerində qoyan şəxs ərazidən uzaqlaşıb. O, bir neçə küçə aralıda həmin silahla öz sinəsinə atəş açaraq intihara cəhd edib.

Əraziyə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Ağır vəziyyətdə Gürsu Cüneyt Yıldız Dövlət Xəstəxanasına çatdırılan Filiz Yeşilyurtun, Kestel Dövlət Xəstəxanasına yerləşdirilən Taksim Yeşilyurtun isə həyatını xilas etmək mümkün olmayıb. Hər iki şəxs xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az