ABŞ-nin "American Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədə yaşanan insident səbəbindən marşrutunu dəyişərək təcili eniş edib.
Manset.az ABŞ mətbuatına istinadən xəbər verir ki, San-Dieqo–Çikaqo reysini yerinə yetirən hava gəmisində sərnişinlərdən biri uçuş zamanı təyyarənin çıxış qapısını açmağa cəhd göstərib.
Sosyal şəbəkələrdə yayılan görüntülərdə kabin heyətinin dərhal müdaxilə edərək həmin şəxsi zərərsizləşdirməyə çalışdığı əks olunub. Yaranan təhlükəli vəziyyətlə əlaqədar pilotlar təyyarəni Finiks şəhərinə yönəldiblər və hava gəmisi "Sky Harbor" Beynəlxalq Hava Limanına məcburi eniş edib.
ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) verilən açıqlamaya görə, hadisə zamanı digər sərnişinlərdən xəsarət alan olmayıb. İnsidenti törədən şəxs isə yüngül xəsarət alıb və tibbi müayinə üçün yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
FAA və yerli hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma başladılıb.