ABŞ-nin Nyu-York şəhərində tüğyan edən güclü fırtına və leysan yağışları gündəlik həyatı iflic edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-York ştatının qubernatoru Keti Hokul fövqəladə vəziyyət elan edib, əhaliyə zəruri olmadıqca evdən çıxmamaq barədə çağırış edilib. ABŞ üzrə 900 mindən çox ev və iş yeri elektrik enerjisiz qalıb, 400-dən çox aviareys ləğv edilib. Şəhərin dünyaca məşhur Tayms-Skver meydanı da güclü fırtınanın təsirinə məruz qalıb.
Nyu-York şəhərində tüğyan edən güclü fırtına və leysan yağışları ciddi fəsadlara səbəb olub. Küçə və prospektləri su basıb, güclü külək nəticəsində ağaclar evlərin və avtomobillərin üzərinə aşıb.
Nyu-York ştatının qubernatoru Keti Hokul fövqəladə vəziyyət elan edib. Səlahiyyətli qurumlar isə sakinləri zəruri ehtiyac olmadığı təqdirdə evlərini tərk etməməyə çağırıb.