İsveçrənin Sürix şəhəri yaxınlığındakı A1 avtomobil yolunda səhər saatlarında 37 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
Qəza Kempthal bölgəsində yerləşən Hammermühle viadukunda qeydə alınıb. Hadisədən sonra avtomobil yolunun Sankt-Qallen istiqamətində hərəkət müvəqqəti olaraq dayandırılıb.
Polis qəzanın baş verdiyi ərazidə əlverişsiz qış hava şəraitinin hökm sürdüyünü bildirib.