logo
logo logo
logo

Nəhəng hava yolu şirkətində iflas təhlükəsi - Bütün uçuşlar ləğv edildi

17:44 - 27 Noyabr 2026

Nəhəng hava yolu şirkətində iflas təhlükəsi - Bütün uçuşlar ləğv edildi

Norveçdə fəaliyyət göstərən Norse Atlantic aviaşirkəti maliyyə böhranı səbəbindən iflas təhlükəsi ilə üzləşib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Norveçin Norse Atlantic aviaşirkəti üzləşdiyi maliyyə böhranı səbəbindən iflas həddinə çatıb. Şirkətin səhmləri bir gün ərzində 85 faiz ucuzlaşıb. Aviaşirkət cümə axşamına nəzərdə tutulan bütün uçuşlarını ləğv edib, mümkün maliyyələşmə və şirkətin başqa investorlar tərəfindən satın alınması variantlarını müzakirə etmək üçün investorlarla danışıqlara başlayıb.

Şirkət təcili maliyyə vəsaiti əldə edə bilməyəcəyi təqdirdə iflas proseduruna başlayacağını açıqlayıb. Bununla əlaqədar cümə axşamına planlaşdırılan bütün uçuşlar ləğv edilib.

Bildirilib ki, aviaşirkətin səhmləri çərşənbə günü 85 faiz dəyər itirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az