logo
logo logo
logo

Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötdü

19:18 - 29 Noyabr 2026

Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötdü

Konqo Demokratik Respublikası tarixində ən böyük Ebola epidemiyasından ölənlərin sayı 6 025 nəfərə çatıb.


Manset.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Reuters"  məlumat yayıb.

Ölkənin səkkiz əyalətində təsdiqlənmiş yoluxma hallarının sayı 12 200-ü keçib.

Hazırkı, 17-ci Ebola epidemiyası mayın 15-də elan edilib. Buna hazırda təsdiqlənmiş peyvənd və ya spesifik müalicə üsulu olmayan Bundibuqio virusu səbəb olur.

Hakimiyyət orqanlarının məlumatına görə, ölüm nisbəti təxminən 49 % təşkil edir. Bir çox xəstə tibbi yardıma çox gec müraciət edir və ya ümumiyyətlə müalicə olunmur. Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölüm hallarının 60 %-dən çoxu səhiyyə müəssisələrindən kənarda baş verir.

İnfeksiyanın yayılması maliyyə çatışmazlığı, səhiyyə müəssisələrinə ictimai inamsızlıq və bəzi bölgələrdə qeyri-sabitliklə əlaqədardır. Noyabrda bir neçə səhiyyə işçisi silahlı toqquşmalar səbəbindən İturi əyalətindəki xəstəxanada qalıb.

Hazırkı kütləvi yoluxma 2014-2016-cı illərdə Qərbi Afrikada 11 mindən çox insanın həyatına son qoyan Ebola epidemiyasından sonra ikinci ən böyük epidemiyadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az