Martın ortalarında Vışqorod yaxınlığında gedən döyüşlər zamanı itkin düşən dörd yaşlı Saşa ölü tapılıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə onun anası Anna Yaxno instaqramda məlumat verib.
"Bu gün Saşenkanın cəsədini tapdıq. İnanan, axtarışda kömək edən hər kəsə dəstəyinizə görə təşəkkür edirəm. Saşenka - bizim kiçik mələyimiz artıq cənnətdədir. Bu gün onun ruhu dinclik tapıb”, – Anna Yaxno yazıb.
Qeyd edək ki, bir neçə həftədir ki, 4 yaşlı Saşa Kiyev yaxınlığında axtarılırdı, hətta ukraynalı məşhurlar da axtarışa qoşulmuşdular.