Rusiyanın keçmiş prezidenti və Vladimir Putinin ən böyük dəstəkçilərindən biri olan Dmitri Medvedev Rusiya liderinin Ukraynaya qarşı müharibəsinin məqsədini açıqlayıb.
Manset.az-ın məlumatına görə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Medvedev bəyan edib ki, Rusiya lideri Putinin məqsədi Vladivostokdan Lissabona qədər uzanan yeni Rusiya İmperiyası qurmaqdır.
Medvedevin Telegram-da paylaşdığı bu açıqlama, Rusiya liderinin bütün reaksiyalara və sanksiyalara baxmayaraq, planından əl çəkmək niyyətində olmadığını ortaya qoyur.
Medvedevin fikrincə, Putin keçmiş sovet torpaqlarını əhatə edəcək və Avropaya uzanacaq yeni İmperiyaya rəhbərlik etmək istəyir.
“Bizim ən böyük məqsədlərimizdən biri yanlış fikirlərlə dolu ukraynalıların şüuruna çatmaq və onları dəyişdirməkdir” - Medvedev bildirib.
