Avropa Parlamentinin iclasında nasist salamı verdiyi iddia edilən deputat cərimələnib.
Manset.az-ın məlumatına görə, Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının iclasında prezident Roberta Metsola, AP nizamnaməsinin 176-cı maddəsinə əsasən, Bolqarıstan deputatı Angel Dzhambazki-yə nasist salamına oxşar uyğun olmayan şəkildə davranışına görə 6 günlük müavinətin kəsiləcəyini bildirib.
Metsola, Dzhambaskinin davranışının AP-nin reputasiyasını sual altına qoyduğuna diqqət çəkib.
Sözügedən qərarın martın 31-də Bolqarıstan millət vəkilinə çatdırıldığını bildirən Metsola, Dzhambazkinin parlament qaydalarına uyğun olaraq şikayət etmək hüququna malik olduğunu bildirib.