Martın 22-də vəfat edən keçmiş dövlət katibi Madlen Olbraytın illər öncə verdiyi müsahibə ortaya çıxıb.
Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ötən günlərdə rus ordusunun Buçada həyata keçirdiyi qətliamı pisləyən ABŞ dövlət katibi Blinken, Rusiyanı cəzalandırmaq üçün hər cür cəhd edəcəklərini açıqlayıb.
Bu açıqlamadan sonra ortaya çıxan müsahibədə ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt illər əvvəl İraqda ABŞ siyasətləri üzündən ölən 500 min uşaq haqqında "Bu lazım idi. Çünki biz Amerika Birləşmiş Ştatlarıyıq" deyib.
Müsahibə sosial şəbəkələrdə böyük əks-səda doğurub.