Ukrayna hərbçiləri Poltavaya uçan raketi vurdular

13:59 - 07 Aprel 2022

Ukrayna hərbçiləri Poltavaya uçan raketi vurdular

Sumı vilayətində Ukrayna hərbçiləri Poltavaya uçan raketi vurublar.

 

Manset.az xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib.

Bundan əlavə, o qeyd edib ki, Rusiya ordusunun geri çəkilməsindən sonra bölgədə minalardan təmizlənmə işləri aparılır:

“Xüsusilə, Romenski rayonu ərazisində mütəxəssislər RBK-500 aviabombasının elementlərini aşkar edərək məhv ediblər. Onlar hər an partlaya bilərdi.

Konotop rayonunun Sloboda kəndində isə sakinlərin bağlarında, yaşayış binalarından 300 metr aralıda partlamamış, deformasiyaya uğramış FAB-500SHR aviabombası tapılıb, o da zərərsizləşdirilib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az