Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Buça faciəsini Xocalı soyqırımı ilə müqayisə edib.
Manset.az xəbər verir ki, diplomat bu barədə “Twitter” səhifəsində yazıb.
“1992-ci ilin Xocalı faciəsindən 2022-ci il Buça qırğınınadək 30 il ötüb. Vaxt keçir, amma dəst-xət dəyişməzdir...”, - V.Kanevski qeyd edib.
Xatırladaq ki, Ukraynanın Kiyev əyalətində bu günlərdə Rusiya işğalçılarından azad edilmiş Buça şəhərində işğal dövründə öldürülmüş dinc sakinlərin azı 320 nəfər olduğu bildirilir.
1992-ci il tarixli #Xocalı faciəsi ilə 2022-ci il tarixli #Buça qətliamı arasında 30 il ötüb.
— Vladyslav Kanevskyi (@V_Kanevskyi) April 7, 2022
Vaxt keçir, lakin əl yazısı eyni olaraq qalır...#Ukrayna #Azərbaycan#StopRussianAggression pic.twitter.com/zmqL3n2Bt4