İstanbulda hərbi məktəbdə partlayış baş verdi - VİDEO

09:50 - 08 Aprel 2022

İstanbulda hərbi məktəbdə partlayış baş verdi - VİDEO

İstanbul Tuzla Hərbi Piyadə Məktəbi şəhərciyinin 41-ci Təmir Müdirliyinin Ar-Ge şöbəsində yerləşən sursat anbarında yanğın baş verib.

 

Manset.az "Haber Global"a istinadən xəbər verir ki, gecə saat 02:00 radələrində baş verən partlayışdan dərhal sonra yanğın başlayıb.

Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb. Hadisədə ölən və yaralanan olmadığı bildirilib.

Partlayışın səbəbi araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az