Türkiyənin musiqi qrupu "Kargo"nun keçmiş solisti Koray Candemirə ağır itki üz verib.
Manset.az xəbər verir ki, sənətçinin 81 yaşlı anası Solmaz Candemir vəfat edib. 18 mərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan Solmaz pəncərə silərkən yıxılıb və dünyasını dəyişib.
Binada yaşayan sakinlər dərhal hüquq mühafizə orqanlarına xəbər veriblər. Sənətçinin anasının cansız bədəni cənazə maşını ilə ekspertizaya aparılıb.




