Ukrayna hərbçiləri Rusiyanın ən yeni PUA-sını vurdular – FOTO

16:08 - 09 Aprel 2022

Ukrayna hərbçiləri Rusiyanın ən yeni PUA-sını vurdular – FOTO

Ukrayna hərbçiləri aprelin 7-də Rusiyanın ən yeni pilotsuz uçuş aparatı (PUA) olan “Orion”u vurublar.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən məlumat verilib.

“Orion” PUA-sı orta hündürlüklü, böyük uçuş məsafəsinə malik aparatdır. Göyərtəsindəki avadanlıq müəyyən məkanda uzun müddət vizual, radiolokasiya və rediotexniki kəşfiyyat aparmağa imkan verir.

Müxtəlif təyinatlı dörd hərbi sursatla, o cümlədən “hava-yer” tipli raketlərlə təchiz edilə bilər.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az