Dünyada koronavirusun ən yoluxucu ştamı yayıla bilər - ÜST-dən AÇIQLAMA

08:59 - 10 Aprel 2022

Dünyada koronavirusun ən yoluxucu ştamı yayıla bilər - ÜST-dən AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni və ən yoluxucu XE ştamının yaranmasından narahatdır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Los Angeles Times”da dərc olunan məqalədə bildirilib.

Məlumata görə, hazırda ABŞ-da və xüsusən də Kaliforniya ştatında omikron “BA.2”nin çox yoluxucu variantı üstünlük təşkil edir. Lakin dünyada virusoloqları daha da potensial yoluxucu XE ştamının yayılacağından narahatlığını gizlətmir.  Mütəxəssislərin fikrincə, bu virus özündən əvvəlkindən 10 faiz daha sürətli ötürülə bilər. Amma sözügedən virusun dominant olub-olmayacağı ilə bağlı nəticə çıxarmaq hələ tezdir.

ÜST-ün məlumatına görə, XE ilk dəfə bu il yanvarın 19-da Böyük Britaniyada aşkarlanıb. “Rossiyskaya qazeta”nın yaydığı məlumata görə bu ştama  700-dən çox yoluxma qeydə alınıb.(konkret.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az