"Türkiyə Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək" - Akar

14:26 - 10 Aprel 2022

\"Türkiyə Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək\" - Akar

Ankara Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək.

Manset.az “A Haber” telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O, bildirib ki, Türkiyə Montrö Konvensiyasına sadiq qalacaq:

"Türkiyə 1936-cı ildə qəbul edilmiş Montrö Konvensiyasına sadiqdir. Sənədə əsasən, Qara dənizə daxil olmayan ölkələrin hərbi gəmiləri akvatoriyada üç həftədən çox qala bilməz. Türkiyə, əgər silahlı münaqişə tərəfi deyilsə, Boğaziçi və Çanaqqala boğazlarından keçidi qadağan etmək və ya məhdudlaşdırmaq hüququna malikdir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az