İranın 250 deputatı Vyanadakı müzakirələrlə bağlı prezidentə müraciət etdi

15:05 - 10 Aprel 2022

İranın 250 deputatı Vyanadakı müzakirələrlə bağlı prezidentə müraciət etdi

İran parlamentinin 250 deputatı prezident İbrahim Rəisi və nüvə müzakirələrini aparan nümayəndə heyətinə xəbərdarlıq edib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, parlamentin 250 deputatı ölkə prezidenti İbrahim Rəisinin hökuməti və Vyanadakı müzakirələrdə iştirak edən nümayəndə heyətinə müraciət edib ki, qərb ölkələrindən təzminat almadan heç bir öhdəlik götürməsinlər.

Deputatlar prezident İ.Rəisiyə məktub yazaraq qeyd ediblər ki, ABŞ hüquqi təminat verməlidir ki, bir daha Hərtərəfli Birgə Fəaliyyət Planından çıxmayacaq və bu planı Amerikanın qərar qəbul edən qurumlarında təsdiqləyəcək.

Həmçinin qeyd olunub ki, İrana OPEK-in təyin etdiyi paya uyğun olaraq neft satmaq və pulunu əldə etmək təzminatı verilməlidir. Bundan başqa İranın digər ölkələrdə saxlanılan neft satış pulları və mal varlıqları azad olunmalı və ölkəyə qaytarılmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az