Bayden ağlını itirmiş qocadır – Şimali Koreya

16:34 - 10 Aprel 2022

Bayden ağlını itirmiş qocadır – Şimali Koreya

Rusiya Prezidenti Vladimir Putinin hərbi cinayətlər törətdiyini söyləyən ABŞ Prezidenti Co Baydeni ağlını itirmiş qocadır.

 

Manset.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyində dərc olunan məqalədə bildirilib.

"Bu cür bəyanatları yalnız təcavüz və sui-qəsddə mahir olan “yankilər”in (amerikalılar - red) nəsilləri verə bilər", - məqalədə yazılıb.

Baydeni "dili sürüşkən prezident” kimi qələmə verən xəbər agentliyi bildirib ki, hakimiyyətdə belə bir adam olduğu üçün ABŞ-ın gələcəyi qaranlıqdır.

Qeyd edək ki, əvvəllər də xarici liderləri təhqir edən Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi ABŞ-ın keçmiş prezidenti Barak Obamanı “tropik meşədəki meymuna” bənzətmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az