ABŞ ordusu bu ölkədə təlimlərə başladı

16:42 - 10 Aprel 2022

ABŞ ordusu bu ölkədə təlimlərə başladı

Litvada ABŞ-la birgə mühəndis qoşunlarının “Engineering Thunder 2022” təlimləri başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Litva ordusundan məlumat verilib.

“Padrada poliqonunda “Engineering Thunder 2022” hərbi-mühəndis təlimlərinə start verilib. Təlimlərdə Litva ordusunun mühəndisləri ABŞ-dan olan həmkarları və könüllü qüvvələrlə birlikdə təlimlə keçir. Təlimlərin əsas məqsədi hərbi əməliyyatlar zamanı manevr birləşmələrinin mühəndis təminatı üzrə tapşırıqların yerinə yetirilməsi və bölmələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir”, - məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az