Ukrayna Prezidenti Vladimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter səhifəsində yazıb.
“Olaf Şoltsa telefonla danışdıq. Qeyd etdik ki, hərbi cinayətlər törədən insanlar tapılmalı və cəzalanmalıdırlar. Eləcə də Rusiya əleyhinə sanksiyaları, Ukraynaya hərbi və maliyyə yardımları müzakirə etdik”, - Zelenski bildirib.