Zelenski ilə Consona verilən hədiyyə simvola çevrildi - Fotolar

18:19 - 10 Aprel 2022

Zelenski ilə Consona verilən hədiyyə simvola çevrildi - Fotolar

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya səfəri zamanı bu ölkənin Prezidenti Volodimir Zelenski ilə Kiyevi gəzib.

 

Manset.az xəbər verir ki, liderlərin əllərində keramikadan hazırlanmış xoruz fiqurları ilə çəkilmiş şəkilləri qısa zamanda gündəm olub.

Foto barədə Ukraynanın Müdafiə Nazirliyi də sosial şəbəkə hesabında paylaşım edib.

“Ukraynanın dözümlülüyünün simvolu Kiyevdə gəzinti zamanı  Lera Polyanskova tərəfindən Zelenski və Boris Consona təqdim edildi.

Prokip Bidasyukun xoruz şəklində eyni keramika küpü ruslar tərəfindən dağıdılmış Borodyankada möcüzəvi şəkildə salamat qalıb.

Xarabaların ortasında, yarım tonluq rus bombası ilə yarı dağıdılmış binanın divarında möcüzəvi şəkildə qablar olan bir şkaf var. Heç nə olmamış kimi, üstündə də keramika xoruzu... Bu foto Ukraynada geniş yayılıb: "O, sağ qalıbsa, bacararıq!", - paylaşımda deyilir.

 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az