Kadırov Putinin məqsədini AÇIQLADI - VİDEO

11:00 - 11 Aprel 2022

Kadırov Putinin məqsədini AÇIQLADI - VİDEO

“Rusiyanın Çeçenistan qubernatoru” Ramzan Kadırov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Luqansk və Donetsk vilayətlərini “azad edəcək”, sonra Kiyev və digər şəhərləri ələ keçirəcək.


Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, öz milisləri ilə Rusiyanın işğalını dəstəkləyən “çeçen lider” Ramzan Kadırov etiraf edib ki, Kiyevdən geri çəkilmələrinə baxmayaraq, Ukraynanın paytaxtını işğal etmək məqsədi davam edir.

Kadırov Rusiyanın təkcə Mariupol deyil, paytaxt Kiyev və Ukraynanın digər şəhərlərinə qarşı hərbi əməliyyatlara başlayacağını bildirib.

Putinin qızğın tərəfdarı kimi tanınan Kadırov Telegram hesabında yüklədiyi videoda Ukraynanın şərqindəki Luqansk və Donetsk vilayətlərini “tamamilə azad edəcəklərini”, sonra isə Kiyevi və digər şəhərləri ələ keçirəcəklərini iddia edib: “Sizi inandırıram, geriyə bir addım da atılmayacaq” - deyə Kadırov bildirib.

Kadırovun açıqlamaları Moskvanın Kiyevin alınmayacağı tezisinə ziddir və bu, yerlərdəki vəziyyətlə üst-üstə düşmür. Kreml dəfələrlə iddia edib ki, bütün Ukrayna işğal olunmayacaq, amma artıq qərb cəbhəsi dağılıb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az