Ukrayna Fövqəladə Hallar Xidməti bildirib ki, Rusiya qoşunlarının hədəfi olan Ukraynanın Çerniqov şəhərində çay sahilində və suda raketlər aşkar edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aprelin 9-dan çaya və sözügedən çimərliyə baxışa başlanıb.
Ukraynanın Fövqəladə Hallar Xidməti verdiyi açıqlamada, Çerniqovda Desna çayı sahilindəki çimərlikdə partlayıcı maddələr üzrə mütəxəssislər tərəfindən 6 raketin aşkar edildiyini bildirib.
Raketlərin bir hissəsinin suda, bir hissəsinin isə sahildə olduğu bildirilib.
Tapılan raketlərin bəzilərinin partlamış, bəzilərinin isə partlamamış vəziyyətdə olduğu açıqlanıb.
Şəhərin və bölgənin sursatdan təmizlənməsi üçün araşdırmaların davam etdiyi bir vaxtda çaydan çox aralıda olmayan avtomobil dayanacağına yaxın yerdə başqa bir raketin də olduğu bildirilib.
Ərazinin sursatlardan təmizlənməsi işləri davam edir.