"Kinder" yumurtası can aldı: 3 yaşlı qız həyata gözlərini yumdu

18:32 - 11 Aprel 2022

\"Kinder\" yumurtası can aldı: 3 yaşlı qız həyata gözlərini yumdu

İngiltərədə Bruklin-Mai adlı 3 yaşlı qızın ölümü ailələrdə panika yaradıb.
 
Manşet.az
sfera.az-a istinadən xəbər verir ki, iddiaya görə,  azyaşlı "Kinder" yumurtası yedikdən sonra xəstələnib. Onun qızdırması 39-dan yüksək olub. Xəstəxanada bütün müdaxilələrə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb. 

Bruklinin anası Şarlotta "Çox macəraçı və aktiv qızımı belə görmək və xatırlamaq ürək ağrıdır", - deyə söyləyib. 

Azyaşlının ölüm səbəbi araşdırılır.

Xatırladaq ki, Belçikanın "Ferrero” markasının istehsal etdiyi "Kinder" yumurtalarında salmonella virusu aşkar edildikdən sonra məhsullar geri çağırılıb və müvəqqəti olaraq fabrik bağlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az