Makron Ukraynaya səfər etməyə hazır olduğunu bildirdi

23:06 - 11 Aprel 2022

Makron Ukraynaya səfər etməyə hazır olduğunu bildirdi

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya sadəcə səfər üçün deyil, sülhün bərqərar olması məsələsində konkret nəticə əldə etmək üçün gəlməyə çalışır.

.Manşet.az Report-a istinadən xəbər verir ki, Fransa Prezidenti Kiyevə səfərdən imtina etmir. Bununla belə, Makron səfərin formallığa çevrilməsini istəmir.

"Mən Kiyevə və ya Ukraynanın hər hansı digər şəhərinə getməyə hazıram, lakin ora sadəcə səfirliyi ziyarət etmək üçün getmək istəmirəm. İstərdim ki, səfər bu prosesdə nəticələrə gətirib çıxarsın, Ukrayna və Rusiya prezidentləri arasında dialoqun qurulmasına kömək etsin”, - Makron bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az