NATO baş katibi Stoltenberqin Finlandiya və İsveçi NATO-ya qəbul edə biləcəklərini açıqlamasından sonra hərəkətə keçən Rusiya Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirməyə başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirmə Stoltenberqin Finlandiya və İsveçi NATO-ya qəbul edə biləcəklərini açıqlamasından sonra prezident Vladimir Putinin göstərişi ilə həyata keçirilir.