"Şübhə yoxdur ki, xüsusi əməliyyat məqsədinə çatacaq" - Putin DANIŞDI

15:57 - 12 Aprel 2022

\"Şübhə yoxdur ki, xüsusi əməliyyat məqsədinə çatacaq\" - Putin DANIŞDI

“Ukraynadakı anti-Rusiya qüvvələri ilə toqquşma qaçılmaz idi, bu, sadəcə, vaxt məsələsi idi”.

 

Manset.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Amur vilayətində yerləşən “Vostochnı” kosmodromunda yerli kosmik sənayenin əməkdaşları ilə söhbəti zamanı deyib.

Prezident əlavə edib ki, Rusiya silahlı qüvvələri xüsusi hərbi əməliyyat zamanı cəsarətlə, bacarıqla, operativ və səmərəli hərəkət edir, ən müasir silah növlərindən istifadə olunur.

“Ukrayna anti-Rusiya dayağına çevrilməyə başlayıb və orada çoxdan mövcud olan millətçilik və neonasizmin tumurcuqları böyüməyə başlayıb. Neonasizmin böyüməsi xüsusi olaraq artdı və Rusiyanın bu qüvvələrlə toqquşması qaçılmaz idi, onlar yalnız hücum üçün vaxt seçdilər”, - Putin vurğulayıb.

Onun sözlərinə görə, sonrakı hadisələr Ukraynada neonasist ideyalarının necə dərinləşdiyini göstərdi: “Bu, aşkar faktdır. Neonasizm, təəssüf ki, bizə yaxın olan kifayət qədər böyük ölkədə həyat faktına çevrilib”.

Putin qeyd edib ki, Rusiya Federasiyası Donbas əhalisinə kömək edir, digər tərəfdən isə Rusiyanın özünün təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür: “Bizim başqa seçimimiz yox idi, bu, doğrudur. Heç bir şübhə yoxdur ki, xüsusi əməliyyatın məqsədlərinə nail olunacaq. Məqsədlər tamamilə başadüşüləndir. Əsas məqsəd Donbasdakı insanlara kömək etməkdir, bizim tanıdığımız Donbas xalqı bunu etməyə məcbur olub, çünki Qərbin itələdiyi Kiyev hakimiyyəti münaqişənin sülh yolu ilə həllinə yönələn Minsk razılaşmalarına əməl etməkdən imtina edib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az