Conson və Bayden danışıqlar apardı

20:37 - 12 Aprel 2022

Conson və Bayden danışıqlar apardı

Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.

Manşet.az xəbər verir ki, bu barədə Conson "Twitter"də bildirib.

Conson Ukrayna səfəri və Prezident Zelenski ilə görüşünün nəticələri barədə Baydenə məlumat verib.

Conson qeyd edib ki, onlar Ukrayna Prezidenti Zelenskini və Ukrayna xalqını azadlıq uğrunda apardığı mübarizədə dəstəkləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az