“Yenidən çıxılmaz vəziyyətə qayıtdıq” - Putin

21:03 - 12 Aprel 2022

“Yenidən çıxılmaz vəziyyətə qayıtdıq” - Putin

“Biz İstanbul görüşündə Ukrayna ilə müəyyən razılığa gəldik. Bu razılıq ondan ibarət idi ki, Ukrayna üçün təhlükəsizlik təminatı Krım, Sevastopol və Donbas ərazisinə aid edilməyəcək”.

Manşet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Belarus həmkarı Aleksandr Lukaşenko ilə “Vostoçnıy” kosmodromunda keçirilən görüşündə söyləyib.

“Rusiya danışıqların davam etməsi üçün şərait yaratdı. Lakin Ukrayna tərəfi İstanbul razılaşmasından uzaqlaşdı.

İndi təhlükəsizlik təminatı məsələsi ayrıca müzakirə olunur, Krım, Sevastopol və Donbas məsələsi bu danışıqlar çərçivəsindən kənara çıxarılır. Başqa sözlə, yenidən çıxılmaz vəziyyətə qayıtdıq”, - deyə V.Putin bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az