Boris Conson bu səbəbə görə CƏRİMƏLƏNDİ

22:03 - 12 Aprel 2022

Boris Conson bu səbəbə görə CƏRİMƏLƏNDİ

Böyük Britaniyanın Baş naziri Boris Conson və maliyyə naziri Rişi Sunak pandemiyanın ilk dalğasında koronavirus məhdudiyyətlərini pozduqlarına görə cərimələnəcəklər.

Manşet.az xəbər verir ki, bu barədə ITV telekanalı Britaniya Nazirlər Kabineti rəhbərinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, London polisinin insanların böyük yerlərə toplaşmasını qadağan edən sərt məhdudlaşdırıcı tədbirləri zamanı Conson iqamətgahında və digər hökumət binalarında təşkil edilən ziyafətlərə görə qonaqlara 50-dən çox cərimə kəsilib.

Xatırladaq ki, B.Conson lokdaun zamanı hökumətin yerləşdiyi Dauninq stritdəki əyləncədə maskasız iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az