“Rusiyanın strategiyası yoxdur, hərbi planlar bir neçə günlükdür”- Ukrayna MN

23:15 - 12 Aprel 2022

“Rusiyanın strategiyası yoxdur, hərbi planlar bir neçə günlükdür”- Ukrayna MN

“Rusiya indi hansısa bir strategiyaya deyil, döyüş vəziyyətinə diqqət yetirərək döyüşür, ona görə də bütün Ukrayna ilə bağlı planlar ölkənin cənubunda və şərqində gedən döyüşlərin Rusiya ordusu üçün necə başa çatmasından asılı olacaq”.

Manşet.az xəbər verir ki,bu sözləri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, Rusiya ölkənin şimalından öz qoşunlarını geri çəkib. Ancaq bunu qoşunlarını yenidən qruplaşdırmaq, möhkəmləndirmək üçün edib.

“Əgər fevralın 24-nə qədər onların qısa və aydın perspektiv üçün qəti strateji planları vardısa, indi fəaliyyətlərini vəziyyətdən asılı olaraq planlayırlar. Onların planları sadəcə bir neçə günlükdür”, - deyə A.Malyar bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az