Rusiyadan neft alışını artırmayın - Baydendən TƏLƏB

23:22 - 12 Aprel 2022

Rusiyadan neft alışını artırmayın - Baydendən TƏLƏB

ABŞ Prezidenti Co Bayden Hindistanın Baş naziri Narendra Modiyə müraciət edərək ondan Rusiyadan neft alışını artırmamağı istəyib.

Manşet.az xəbər verir ki, C.Baydenin fikrincə, bu, Hindistanın da maraqlarına cavab vermir və ABŞ-ın Ukraynadakı müharibəyə verdiyi cavaba zərər vura bilər.

“Prezident aydın şəkildə bildirdi ki, o, Rusiyanın enerji resurslarının və ya digər məhsullarının idxalını sürətləndirməyin və ya artırmağın Hindistanın marağında olmadığını hesab edir”, - deyə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az