“NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalı artır” - Medvedev

13:30 - 12 May 2022

“NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalı artır” - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalının artdığını bildirib.

 

Manset.az xəbər verir ki, o bu barədə “Telegram” kanalında qeyd edib: “Ukraynanı silahla təmin etmək bu ehtimalı artırır. Bu da nüvə müharibəsinə çevrilə bilər. Bu isə hamı üçün fəlakətli ssenaridir”.

"NATO ölkələrinin Ukraynanı silahla doldurması, onun qoşunlarının Qərb texnikasından istifadəyə öyrədilməsi, muzdluların göndərilməsi və alyans ölkələrinin bizim sərhədlərimizə yaxın təlimlər keçirməsi NATO ilə birbaşa və açıq münaqişə ehtimalını artırır”, - deyən Medvedev vurğulayıb ki, xarici analitiklərin NATO-nun Rusiya ilə müharibəsilə bağlı bitib-tükənməyən söhbətləri səngimək bilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az