Türkiyə ərazisi Suriyadan atəşə tutuldu - Yaralılar var

20:58 - 12 May 2022

Türkiyə ərazisi Suriyadan atəşə tutuldu - Yaralılar var

Suriya tərəfindən Qaziantep Karkamış sərhəd məntəqəsinə minaatanlarla hücum edilib.

Manşet.az xəbər verir ki, hücum nəticəsində 4 əsgər və 1 mülki şəxs yaralanıb.

Hücum Suriyanın Ayn-Əl Ərəb bölgəsindən edilib. 

Yaralı əsgərlər Qaziantep və ətraf rayonlardakı xəstəxanalara aparılıb.  Sərhəd xəttində gərgin anların davam etdiyi bildirilir.

Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayaraq hücumun edildiyi hədəflərə cavab atəşi ilə misli ilə qarşılıq verildiyini bildirib.


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az