ABŞ-da dron əleyhinə müdafiə sistemləri sınaqdan keçirilib

22:00 - 12 May 2022

ABŞ-da dron əleyhinə müdafiə sistemləri sınaqdan keçirilib

ABŞ yeni silahı sınaqdan keçirib. Pentaqonun Kiçik Dronlarla Mübarizə üzrə Birgə Ofisi (JCO) pilotsuz təyyarələri məhv etmək üçün istifadə edilən mikrodalğalı silahın nümayişini başa çatdırıb.

Manşet.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.

JCO aprel ayında Yuma sınaq meydançasında nümayiş keçirib. Nümayişdə “Epirus”, “Raytheon Technologies” və “Leonardo DRS” öz antidron sistemlərini təqdim ediblər. Qeyd edilir ki, bu sistemlər fokuslanmış elektromaqnit impulsları olan dronları məhv etməyə imkan verir.

Sınaqlar zamanı hərbçilər perspektiv komplekslərin məhv edilməsi diapazonunu və hədəfin məhv edilməsi üçün lazım olan vaxtı müəyyən ediblər. Əməliyyata rəhbərlik edən ABŞ ordusu rəsmiləri sınaqdan keçirilən sistemlərin eyni anda bir neçə hədəfi vura biləcəyini bildiriblər. JCO əldə edilən məlumatların analizinə başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az