Rusiya Ukraynada neft emalı zavodunu VURDU

23:25 - 12 May 2022

Rusiya Ukraynada neft emalı zavodunu VURDU

Rusiya ordusu Ukraynanın Kremençuk şəhərindəki neft emalı zavodunu raketlə vurub.

Manşet.az xəbər verir ki, hücumdan sonra neft emalı zavodunda yanğın başlayıb.

Poltava Regional Hərbi Administrasiyasının sədri Dmitri Lunin sosial media hesabında neft emalı zavodunun 4 raketlə hədəfə alındığını bildirib.

Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik heç bir açıqlama verilməyib.

Xatırladaq ki, ötən ay Ukraynanın ən böyük neft məhsulları istehsalçısı olan Kremençuq Neft Emalı Zavodu Rusiya ordusu tərəfindən raketlərlə hücuma məruz qalıb, zavod 9 raketlə vurulub və istehsal dayandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az