Türkiyənin Tekirdağ vilayətinin Saray rayonunda arı sancmasına məruz qalan 29 yaşlı Melih Ertekin müalicə aldığı xəstəxanada vəfat edib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, qəssablıq və restoran fəaliyyəti ilə məşğul olan Melih Ertekin iki gün əvvəl Güngörmez məhəlləsində yerləşən tövləsində heyvanlarına qulluq edərkən arı sancmasına məruz qalıb.
Məlumata görə, arı Ertekini boyun nahiyəsindəki damardan sancıb. Bundan sonra halı pisləşən gənc yaxınları tərəfindən Saray Dövlət Xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağırlaşdığı üçün bir gün sonra Çerkezköy Dövlət Xəstəxanasına köçürülən Ertekin reanimasiya şöbəsində müalicə olunsa da, həkimlərin bütün səylərinə baxmayaraq bu gün həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.