Bakıda evdən meyit tapılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 57 yaşlı Vazeh Cəbrayıl oğlu İbişovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.