Azərbaycan gimnastı Avropa Kubokunda bürünc medal QAZANDI

16:23 - 04 May 2025

Azərbaycan gimnastı Avropa Kubokunda bürünc medal QAZANDI

Azərbaycanın bədii gimnastı Şəms Ağahüseynova Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.


Manset.az xəbər verir ki, o, halqalarla hərəkətlərin icrasında 24.400 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bu proqramda ukraynalı Qoraşçenko Lyubov qızıl, polşalı Ksenia Zizyik gümüş mükafata yiyələnib.

Qeyd edək ki, 25 ölkədən 170-dən çox gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv