2 cüdoçumuz medal qazandı - "Böyük dəbilqə" 

17:09 - 04 May 2025

2 cüdoçumuz medal qazandı - \"Böyük dəbilqə\" 

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın daha iki cüdoçusu medal qazanıb.


Manset.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda qarşılaşıblar.

Azərbaycan cüdoçularının mübarizə apardığı finalda Elcan Hacıyev daha üstün olub və qızıl medal əldə edib. Vüqar Talıbov isə gümüş medal sahibi olub.

Digər Azərbaycan təmsilçisi Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimovla yarışacaq.

Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevlə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv