“Qalatasaray”ın 14 ildir formasını geyinən uruqvaylı qapıçı Fernando Musleranın mövsüm sonunda müqaviləsi başa çatır.
Manset.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli qolkiper müqaviləsindəki 1 illik uzatmadan istifadə etməmək qərarı alıb.
38 yaşlı F.Musleranın bəzi şəxsi əşyalarını artıq gəmi ilə Uruqvaya göndərdiyi iddia edilir.