"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen Türkiyədəki həyatı və orada yaşamağa davam edib-etməyəcəyi ilə bağlı suallara cavab verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, o, Türkiyədə olmaqdan məmnunluq duyduğunu vurğulayıb.
Futbolçu bildirib ki, Türkiyədə inanılmaz bir fanat kütləsi var:
"Ailəm və mən burada olmaqdan xoşbəxtik. Xüsusilə 1,5 yaşlı qızım "Qalatasaray"ın himnlərini oxuyur".